On birinci əsrin ikinci yarısında ingilis kralı Fateh Vilhelm özünün yeni torpaqlarının ətraflı təftişinin aparılmasını əmr etdi. Bu cəhdlərin nəticəsi olaraq, “İngiltərənin torpaq siyahısı” adını almış – orta əsrlərdəki həyat tərzinin ən ətraflı təsvirini əks etdirən böyük bir cild alındı. Bu kitab yalnız siyahıyaalma hesabatı deyildi, özündə xeyli sirlər toplamışdı. Və bu hesabat toplusu, tarixə “Qiyamət günü kitabı” adıyla daxil oldu. İllər keçəndən sonra, “Gildiya” adlı beynəlxalq cinayətkar təşkilat, iri korporasiyalar və və ABŞ-ın xüsusi təyinatlı qurumları arasında çəkişmələr başlayır. Bu çəkişmələrdə əsas məqsəd, “Qiyamət günü kitabı”nda dəfn olunmuş sirləri çözməkdir.
NOTE: The publisher in your country has not provided Download and Preview Content.
FAQ
Media
-
The Doomsday Key Cover Story
-
The Idea for The Doomsday Key